Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

14-04-2024 , 19:21

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

 Şamaxı bələdiyyələrinin 2023-cü ildə topladıqalrı  mehmanxana rüsumunun  həcmi 77.3 faiz artıq olub

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2023-ci ildə Şamaxı rayonunda formalaşan 29 bələdiyyənin büdcə gəliri 450.800  manat olub. Bu 2022-ci llə müqayisədə 22.8  faiz çox deməkdir.

Əldə edilən gəlirin 42.7 faizi vergilərdən, 57.3 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 27.1 faizi torpaq, 15.7 faizi əmlak vergisindən daxil olub.

Şamaxı bələdiyyələrinin büdcə gəlirinin 34.2 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub. İl ərzində Şamaxı bələdiyyələrinə 66.700 manat dotasiya ayrılıb.  Bununla yanaşı bələdiyyə büdcəsinə il ərzində avtodayanacaqlardan 600 manat,  mehmanxana, tuizm, kurort-sanatoriya xidmətlərindən 26.600 manat, bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən isə 1.900  maliyyə vəsaiti daxil olub.

Bələdiyyə müəssisələrinin mənfəət vergisindən, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən bələdiyyə büdcəsinə hər hansı maliyyə vəsaiti daxil olmayıb.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şuşa rayonu üzrə tikintinin göstəriciləri

Gündəlik Xəbərlər
09-05-2024

Şuşa rayonu üzrə sənayenin göstəriciləri

Gündəlik Xəbərlər
07-05-2024

Bələdiyyə qulluqçusu dünyasını  dəyişib

Gündəlik Xəbərlər
05-05-2024